Fransa Qarabağa dair razılaşma hazırlayır

Fransa Qarabağa dair razılaşma hazırlayır
 

Paralel.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Ann Luis açıqlama verib:: Fransa Rusiya və ABŞ-la birgə Qarabağ üzrə uzunmüddətli razılaşmanın imzalanması üzərində işləyir.

Sizə deyə bilərəm ki, Nyu-Yorkda böyük irəliləyiş oldu, biz böyük sevinclə ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə iki xarici işlər nazirinin görüşünü təşkil etdik.

Bu kiçik addım kimi görünə bilər, ancaq nəhəng addım idi. Ümid edirik ki, buna oxşar digər qərarlar da olacaq".

Nəzərə alsaq ki, Ann Luis bu açıqlamanı İrəvandan verir, deməli bu Azərbaycan üçün şad xəbər sayıla bilməz. Sözsüz ki, səfirin haqqında fərəhlə məlumat verdiyi razılaşma daha çox Ermənistanın mənafelərinə uyğun gələcək.
Azərbaycan isə qalib ölkə kimi öz mənafelərinə uyğun gəlməyən heç bir razılaşmanı qəbul etməyəcək.
Akif Nəsirli

0.042049169540405