Erməni politoloq: “Artsax məsələsi artıq yoxdur!”
Paralel.az xəbər verir ki, erməni politoloq Alen Gevondyan “Artsax məsələsi artıq yoxdur və gözlənilən qeyri-sabitlik hətta bölgənin xəritəsini dəyişə bilər” deyə, açıqlama verib: “Bir neçə gün əvvəl bölgədə önəmli bir hadisə baş verdi, Mixail Saakaşvili ona qarşı cinayət işi açılandan sonra Gürcüstana qayıtdı və həbs olundu. Gürcüstan daxili sabitlik baxımından çətin günlərlə üzləşəcək. Yeri gəlmişkən, çətinliklə üzləşəcək təkcə Gürcüstan deyil. Bunlar bölgənin Rusiyadan ayrılması proqramı ilə əlaqədardır. Bu gün Artsax məsələsi artıq yoxdur və Ermənistanın yüksək hakimiyyəti türklərlə flört edir. Bunlar 2008-ci il prosesinin yenidən başlamasının ən vacib şərtləridir. Biz ciddi siyasi və qeyri-müəyyən iqtisadi təlatümlər mərhələsinə qədəm qoyuruq”.
Nigar