Azərbaycanda su ehtiyatları tükənir

Azərbaycanda su ehtiyatları tükənir
 

Paralel.az-ın məlumatına görə, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib ki,​ Azərbaycanın su ehtiyatları ilbəil azalır.

"Hazırda Azərbaycanın yerüstü su ehtiyatları 30 kubkilometr təşkil edir. Qura illərdə isə bu ehtiyatlar 20-21 kubkilometrə qədər azalır. Ölkənin su ehtiyatlarının 70-72%-i ölkə hüdudlarından kənarda formalaşır və transsərhəd çaylar vasitəsilə ölkəyə daşınır",- deyə nazir müavini əlavə edib.
Mütəxəssislərin fikrincə, ölkədə su qıtlığının aradan qaldırmaq üçün sudan səmərəli istifadə edilməsinə diqqət yetirilməlidir. Sudan qənaətlə istifadə edilsə, su ehtiyatımızın cəmi 20 faizi Azərbaycana kifayət edər. Bunun əyani sübutu da var.
Əhalisi 10 milyon, ərazisi isə ərazimizdən bir qədər az olan, İsrail cəmi 4-5 kubkilometr su ilə həm içməli suya, həm də kənd təsərrüfatı məhsullarına olan yerli tələbatı 100 faiz təmin edir.
Lakin bizim su ehtiyatlarımız azı 6 dəfə bundan çox olsa da, nə suya, nə də kənd təsərrüfatı məhsullarına olan tələbatımızı tam ödəyə bilmirik. Bunun yeganə səbəbi sudan səmərəsiz istifadədir.
Akif Nəsirli

0.027513027191162