Lerikdə uçqun olub
Paralel az xəbər verir ki, Lerikdə dağın zirvəsindəki nəhəng qayanın bir hissəsi qoparaq dağın ətəyinə yuvarlanıb.
Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Hazırda müvafiq dövlət qurumları yolun qaya parçalarından təmizlənməsi ilə məşğuldur.
Akif Nəsirli