İranın Vətən Müharibəsinə "ərmağanı" nə olub?
Ermənini qovan Ordumuz qarşısında İran əsgərlərini görüb!
Paralel.az Caliber.az-a istinadən xəbər verir ki, 17 oktyabr 2020-ci il tarixdə - müharibənin 20-ci günü Cəbrayılın Xudafərin qəsəbəsi düşməndən azad edilir. Bu barədə Prezidentin çıxışı da olur. 18 oktyabrda şəhərin ətrafı düşmənlərdən tam təmizləndikdən sonra ordumuz irəliləməyə davam edir.
Azərbaycan ordusu Zəngilan tərəf istiqamət götürür. Zəngilana gedən ən qısa və rahat yol Araz çayı boyunca uzanan torpaq yol idi. Ancaq burada ordumuz birdən gözlənilməz "sürpriz" ilə qarşılaşır. Belə ki, Xudafərin su anbarını keçəndən sonra ordumuzun öndəki qüvvələri İran əsgərləri ilə qarşılaşırlar.
Harda?
Azərbaycanın ərazisində! İran hərbçiləri orada əvvəlcədən hazırladıqları sərt beton maneələr vasitəsilə ordumuzun qarşısını təkidlə kəsirlər.
Bir neçə "pikap" və odlu silahla silahlanmış İran əsgərləri danışığa gəlir. Onlarla danışıqlar isə heç bir nəticə vermir. Azərbaycan ordusu orada bir neçə saat itirir. İran əsgərləri orada olmalarının səbəbini Xudafərin su anbarının bəndini qorumaqları ilə əlaqələndirirlər.
Azərbaycan ordusu o an ikinci cəbhə açıb da, İran ordusu əsgərləri ilə döyüşə girməmək və ikinci cəbhə açmamaq üçün məcburən 14 km geri qayıdaraq, Soltanlı kəndindən keçərək 20 kilometrlik E-002 yolu ilə getməli olurlar.
Elə həmin vaxt - oktyabrın 17-dən 18-nə keçən gecə diplomatik kanallarla Tehrana İran qoşununun Azərbaycan ərazisinə girməsi barədə ciddi xəbərdarlıq edilir. Bildirilir ki, İran əsgərlərini çəkməsə bunu Bakı cəmiyyətə yayacaq. Bu da, əlbəttə, Güney Azərbaycandakı Azərbaycan türklərinin ciddi etiraz dalğasına səbəb olacaq.
Məsələnin qəti həlli üçün gecə ilə İranın Quzey Azərbaycandakı hərbi atteşesi, Cavad Furutani Azərbaycan hərbçilərinin müşayiəti ilə Bakıdan həmin yerə göndərilir. Düz 1 sutka sürən gərgin danışıqlardan sonra İran əsgərləri, Azərbaycan ərazisindən çəkir. Bunun planlı nəticəsi nə olur?
Həmin bir sutka Azərbaycan Ordusunun ardıcıl hücum tempinin qarşısını İran alır və erməniyə hərbi qruplaşmalarını toparlamaq, yeni ehtiyat qüvvələri cəbhəyə göndərmək və müdafiəni daha də gücləndirmək üçün imkan yaradır. Allah bilir ki, İranın bu cür maneəsi olmasaydı, ordumuz nə qədər irəli gedərdi, nə qədər igidimizi itirməzdik.
İlqar Altay bu mətni öz Feyzbuk səhifəsində paylaşaraq aşağıdakı şərhini verib:
*Təsəvvür edirsinizmi İran, ermənini xilas üçün, qoşunu qanunsuz bizim əraziyə salır? Özü də neçə gündür hay-həşir salır ki, sərhədimi İsrail, Türkiyə və Azərbaycan pozmaq istəyir. İstəyir ha!
Budur, İranın 30 il ərzində bizə daima qurduğu təxribatlara, tələlər. Hələ nələr ortalığa çıxacaq, İran rejiminin ölkəmizə qarşı təxribatları ilə bağlı...
Akif Nəsirli