Jurnalistlərə faydası olmayan təşkilatlar kimə lazımdır? - araşdırma

Jurnalistlərə faydası olmayan təşkilatlar kimə lazımdır? - araşdırma
 

Əli Həsənov gedəndən sonra onlar sahibsiz qalıb

Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasında yer alsa da, mətbuatın inkişafına görə, ən geridə qalmış dövlətlər arasında qərar tutur.
Bu, son 25 ildə ölkə mətbuatının məhv olunmasına yönəlmiş düşmənçiliklə bağlıdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan mediası, 2003-cü ilə atasını uğurla əvəz edən, 18 il ərzində ölkənin bütün sahələrinin yüksək inkişafa nail olan, 30 il düşmən işğalı altında qalan torpaqları azad edən İlham Əliyevin son 13 ildə mediaya göstərdiyi yüksək diqqət və qayğıya görə, əslində, ölkə mediası dünyanın ən sayılıb seçilən mediasına çevrilməli idi, lakin çevrilməyə qoymadılar...

Cənab Prezident gec də olsa, ölkənin ictimai-siyasi mühitini özlərinin şəxsi maraq və gəlir mənbəyinə çevirmiş, xətanətkar R. Mehdiyev və Ə. Həsənov cütlüyünü vəzifədən uzaqlaşdırdı. KİV DF ləğv olundu. Əvəzində Medianın İnkişafı Agentliyi yarandı. KİV DF-nin sabiq icraçı direktoru və onunla cinayət əlaqəsinə girənlər cinayət məsuliyyətinə olundu. Hazırda həmin şəxslərin məhkəmə prosesi davam edir.

Bunlar öz yerində. Gəlin görək, R. Mehdiyev və Ə. Həsənov cütlüyünün 2 ilə yaxındır ölkənin ictimai-siyasi mühitindən uzaqlaşdırılması onların ölkə mediasına təsirini azaldıbmı?

Bu suala birmənalı olaraq "xeyr" cavabı verməyə məcburuq! Çünki Ramiz Mehdiyev və Əli Həsənov 25 il ərzində ölkənin ictimai-siyasi sisteminə və media sahəsinə öz nökərlərini kütləvi şəkildə yerləşdiriblər. Hazırda ölkədə çoxlu sayda jurnalist təşkilatları fəaliyyət göstərir. Bu təşkilatların hamısı, məhz Əli Həsənovun xeyir-duası ilə yaradılıb və indi də onun maraqlarına xidmət edir.

Ona görə də 2003-cü ildə Əli Həsənov tərəfindən yaradılmış və media üzərində onun "demokl qılıncı" rolunu oynamış Mətbuat Şurası başda olmaqla, bütün jurnalist təşkilatları buraxılmalı və yenidən formalaşmalıdır.
Buyurun Azərbaycanda adı olan, ancaq fəaliyyəti olmayan jurnalist təşkilatları ilə yaxından tanış olun:
Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları:


1. Azərbaycan Mətbuat Şurası

2. Azərbaycan Jurnalistlər Birliyi

3. Azərbaycan KİV İşçilərinin Həmkarlar İttifaqı

4. Azərbaycan Müstəqil Jurnalistlər Liqası

5. Beynəlxalq Avrasiya Mətbuat Fondu

6. Bakı Mətbuat Klubu

7. Beynəlxalq Mətbuat Mərkəzi

8. Jurnalistlərin Həmkarlar İttifaqı

9. Demokratik Jurnalistlər Liqası

10. «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi

11. Zərdabi Mətbuat Mərkəzi

12. TVF

13. Tərəfsiz Jurnalistlər İctimai Birliyi

14. Mətbuat İnkişafına Yardım İctimai Birliyi

15. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası

16. «İnternyus Azərbaycan» İctimai Birliyi

17. «Yeni Nəsil» Azərbaycan Jurnalistlər Birliyi

18. «Media və mülki cəmiyyət» İctimai Birliyi

19. Azərbaycan Jurnalist Qadınlar Assosiyasıyası

20. Söz Azadlığını Müdafiə Fondu

21. Hərbçi jurnalistlər ictimai Birliyi

Şahnaz

 

 

0.018678903579712