Ermənistan rəsmiləri Moskvaya nədən tez-tez səfərlər edir?
Sərdar Cəlaloğlu: "Regionun əsas oyunçuları Rusiya və Türkiyə olduğundan bütün məsələlər onların konsesusu əsasında reallaşır"
İlham İsmayıl: "Bu intensiv səfərlər Azərbaycanın xeyirinədir"
Prarlel.az xəbər verir ki, son günlər Ermənistan hökumətinin rəhbərliyinə daxil olan şəxslər Moskvaya çox tez-tez səfərlər edir. Məsələn, bir həftə əvvəl Ermənistan xarici işlər naziri, ardınca müdafiə naziri Moskvada rəsmi səfərdə olub. 12 oktyabr tarixdə isə dövlət başçısı, baş nazir Nikol Paşinyan Rusiyaya səfər edəcək. Bu intensiv səfərlərin səbəbi nədir, bunun Azərbaycana hər hansı bir xeyiri və ya ziyanı varmı?
Sualla ADP sədri, siyasi şərhçi Sərdar Calaloğluna mürəciət etdik. S. Cəlaloğlu bildirdi ki, regionun əsas oyunçuları Rusiya və Türkiyə olduğundan bütün məslələr onların konsesusu əsasında reallaşır: "Ona görə də Ermənistan rəhbərliyinin Rusiyaya intensiv səfərlərinin Azərbaycana heç bir mənfi təsiri ola bilməz. Rusiya nə desə, Ermənistan da onu icra edəcək. Hazırda Türkiyə ilə Rusiya arasında Qarabağa dair müəyyən razılaşmalar var. Çox güman ki, erməni rəsmilərinin Rusiyaya səfəri bununla bağlıdır. Həmin razılaşmaların icra edilməsinə dair Rusiya Ermənistana təlimatlar verir. Razılaşma isə 10 noyabır bəyanatının tələblərinin icra edilməsinə aiddir. Bu razılaşmalar erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması və s. ola bilər".
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bildirdi ki, bu intensiv səfərlər Azərbaycanın xeyirinədir: "Rusiya 10 noyabır razlaşmasını sona qədər icra etməyə məcburdur. Hazırda Qarabağda konfliktin olması Rusiyanın özünə sərf etmir. Çünki buna Rusiya sülhməramlıları cavabdehdir. Gərginliyin aradan qaldırılması üçün isə açıq qalmış məsələlər həllini tapmalıdır. Məsələn, nə üçün erməni silahlı birləşmələri sülhməramlılarla birlikdə Qarabağda qalmalıdır? Axı razılaşmaya görə onlar çıxmalıdır. Bu günlərdə ermənilər iddia edir ki, traktorçunu Azərbaycan əsjərləri vurub öldürüb. Bir neçə ay əvvəl də krmənilər bizim əsgəri yaralamışdılar. Bütün bunlar ona görə baş verir ki, qarşı tərəfdən seperatçı silahlı dəstə var. Həmin silahlı dəstə silahsızlaşdırılmalı, Ermənistan SQ də ərazidən çıxarılmalıdır. Böyük eh0timalla erməni rəsmilərini Putin Moskvaya çağırmaqla onlara 10 noyabır razılaşmasının həyata keçirilməsi ilə bağlı təlimatlar verir".
Akif Nəsirli