Hamilə qadınlar peyvənd olunmalıdırmı?
Paralel.az xəbər verir ki, Azərbaycanda hamilə qadın peyvəndə görə tələbə biletindən imtina edib. Belə ki qadın tələbə kimi peyvənd edilmədən dərslərə buraxılmayıb. Belədə isə həmin tələbə bir ana kimi bətnindəki körpənin həyatını risk altında qoyaraq peyvənd edilməyə razılaşmayıb. Hamilə qadın körpəsinin həyatını seçərək tələbəlikdən imtina edib.
Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. Parlamentdə bildirilib ki, bu vəziyyətdə biz hamilə qadınlardan, uşaq əmizdirən qadınlardan pasport tələb edə bilmərik: "Üniversitetlər bunu anlayışla qarşılamalıdırlar, onlardan pasport tələb etməməlidirlər.
Ümid edirəm ki, universitetlər də bu məsələni diqqətdə saxlayacaqlar".
Akif Nəsirli