Taksi sürücüləri etiraz edir

Taksi sürücüləri etiraz edir
 

Paralel.az xəbər verir ki, Tehranın "Xomeyni" hava limanında çalışan 300-ə yaxın taksi sürücüsü həmkarlarından birinin ölməsi və səlahiyyətli orqanların buna əhəmiyyət verməməsinə etiraz edir.
Qeyri-rəsmi məlumata görə, taksi sürücüsü SEPAH zabitinin zərbəsindən sonra dünyasını dəyişib.
Qeyd edək ki, SEPAH İranda hüdudsuz səlahiyyətlərə malikdir. Bir neçə gün əvvəl də bu qurumun əsgərlərindən birinin aeroport əməkdaşını döydüyünü əks etdirən video-çarx sosial şəbəkələrdə yayılmışdı.
Akif Nəsirli

0.040889978408813