Tapdıq Abbas yazır: Apteklər cinayət yuvasına çevrilib?

Tapdıq Abbas yazır: Apteklər cinayət yuvasına çevrilib?
 

"Paralel" qəzetinin baş redaktoru apteklərdə qarşılaşdığı anarxiyadan  yazır

Ölkənin aptek şəbəkələri xaricdən gətirdikləri keyfiyyətsiz (Azərbaycan aptek sahibləri xarici dərman şirkətlərinə belə sifariş verdikləri çoxdan təsdiq olunub) dərmanların qiymətlərini 2-50 dəfə artırıb, kasıb xalqı taladıqları danılmaz faktdır!

Ölkə apteklərində baş alıb gedən saxtakarlıqdan, bahalıqdan, özbaşınılıqdan şikayət edəndə isə müdrlərin yalan BƏHANƏSİ BAR: "APTEK AİLƏNİNDİR"! YALANDIR!!!
Apteklərdə çalışan satıcıların əksəriyyətinin əczaçılıqdan zərrəcə xəbəri yoxdur! Apteklərin əksəriyyətində psixotrop, resepsiz buraxılması qadağan olunmuş, narkotik tərkibli dərmanlar bir neçə dəfə baha qiymətə gizli satılır!

Apteklərin çoxu dərmanların üzərində qiyməti qeyd etmir və verdikləri çekdə nə dərmanların adları, nə də qiymətləri qeyd edilmir! Bu isə ciddi qanun pozuntusu olsa da, nəzarət edən, tədbir görməli olan dövlət orqanları susurlar!
Bəlkə, buna da ölkə Prezidenti müdaxilə etməlidir, yoxsa cavabdeh dövlət qurumları öz vəzifəsini yerinə yetirməlidir?!...

Yasamal rayonu, A. M. Şərifzadə 24 ünvanda yerləşən Buta aptekin satdığı dərmanları fakt olaraq təqdim edirəm: qiymət nə dərmanın üzərində, nə də verilən çekdə tək-tək qeyd olunmayıb! Baxın!

Qeyd etdiyim cinayət halları ölkənin bütün aptek şəbəkələrində mövcuddur. Dövlət, xüsusən Səhiyyə Nazirliyinin Antiinhisar idarəsində vəzifə tutanlar rüşvət yığmaqla işini bitmiş hesab etməməlidir.

0.08286190032959