Uşaqların peyvənd olunmasına başlanıldı

Uşaqların peyvənd olunmasına başlanıldı
 
Paralel.az xəbər verir ki, artıq dünyanın bir çox ölkələrində 12 yaşdan yuxarı uşaqların da peyvənd olunmasına başlanılıb. Bir sıra ölkələrdə valideyinlərin buna etiraz etməsi səbəbindən, uşaqların peyvənd olunması üçün valideynlərin hər ikisinin razılığı tələb olunur. Bu qayda Azərbaycanda da vacib sayılır. Belə ki, Azərbaycanda 12-15 yaş arası uşaqların peyvənd olunmaları üçün peyvənd olunmalarının səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri N. Seyidov bildirib ki, müəyyən dərmanlar qəbul edən uşaqların valideynləri uşaqlarını peyvənd etməzdən əvvəl həkimlərlə məsləhətləşməlidirlər. O həmçinin qeyd edib ki, ölkəmizdə  uşaqların kütləvi peyvəndlənməsinə ehtiyac yoxdur. Əsas etibarı ilə risk qrupuna daxil olan uşaqlar peyvənd olunmalıdırlar.
 
Yusif
0.08304500579834