Havada koronavirusu müəyyən edən aparat icad edildi

Havada koronavirusu müəyyən edən aparat icad edildi
 

Paralel.az xəbər verir ki, dünyanın hər yerində koronavirusa qarşı mübarizə üçün dərman və digər vasitələrin axtarışı davam edir. Hazırda bir sıra ölkələrdə (Yaponiya, Danimarka) pandemiyanın bitdiyi elan olunsa da, dünyanın inkişaf etmiş bir çox dövlətlərində bu bəşəri bəladan qurtulmanın yolları üzərində ciddi tədqiqatlar aparılır. Son məlumatlara görə, Sinqapur Milli Universiteti və Nanyan Texnoloji Universiteti əməkdaşlarının birgə səyləri nəticəsində havada və qapalı məkanlarda SARS-Cov-2 virusunu aşkarlaya bilən aparat icad olunub. Bu aparat imkan verəcək ki, insanlar daxil olacaqları məkanın nə dərəcədə təhlükəsiz olduğunu əvvəlcədən müəyyən etsinlər. Aparat həmcinin həmin məkana virus daşıyıcısı daxil olduqda, buna reaksiya verəcək.

Yusif Seyid

0.040031909942627