3-cü doza müzakirəsi, vurduraq-vurdurmayaq?

3-cü doza müzakirəsi, vurduraq-vurdurmayaq?
 
Paralel.az xəbər verir ki. Hazırda koronavirusla bağlı müzakirələrin əsas qayəsi peyvəndlə bağlıdır. Belə hesab edirlər ki, əgər hər hansı bir ölkədə əhalinin 70-80 faizi peyvənd olunubsa, orada artıq kollektiv immunitet yaranıb və təhlükə, demək olar ki, sovuşub.   
Amma, hazırda 3-cü doza peyvəndin vurulması ətrafında gedən müzakirələr, insanlarda hətta pandemiyanın varlığına belə, şübhə yaradıb. Məsələn, TƏBİB-in xəstəliklərin profilaktikası və nəzarət departamentinin müdiri Yaqut Qarayeva hesab edir ki, 3-cü dozanın vurulması yoluxmadan qorunmanı 11, ağırlaşmadan qorunmanı isə 19 dəfə artırır. Tibb elmləri doktoru, professor Müsa Qəniyev isə bildirir ki, hər bir insan son nəticə bilinməsə də, ən ağır virus infeksiyasına, o cümlədən klinik formasından asılı olmayaraq, «Covid-19»-a yalnız bir dəfə yoluxur. 
Sonra da narazılıq edirlər ki, əhali bizə inanmır. İndi mən demirəm, siz deyin, kimə inanaq, 3-cü dozanı vurduraq-vurdurmayaq?
 
Yusif
0.027080059051514