İdeal prokuror portreti

İdeal prokuror portreti
 

İsmət Qayıbov -79

Paralel.az xəbər verir ki, bu gün  Azərbaycan Respublikasının ilk Baş Prokuroru, vətənpərvər , həmişə qanunun şah olmasına çalışan, Qayıbovlar nəslinin görkəmli nümayəndəsi İsmət Qayıbovun anadan olduğu gündür. İsmət Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub.
Bəlkə də bununla da statusa son vermək olardı...Əgər  sonralar baş vermiş hadisələr: Qara qutunun bu günə kimi naməlum taleyi bununla məşğul olan şəxslər və onların müsahibələri .öldürülmələr .. Tamerlan Qarayev .Qatır Məmməd, Hacı Əbdül və onların  açıqlamaları olmasaydı...Hərdən düşünürəm ki .biz bu hadisənin həqiqətindən  qorxuruq. Əslində qorxanlar qorxurlar. Beləliklə də "hər şeyin bir zamana ehtiyacı var" deyib hər şeyi zamanın öhdəsinə buraxırıq.)  Bütün bunlara görə  Qarakənd faciəsəndən  noyabrın 20-si düz 30 il ötəcək ki..tam  həqiqətləri bilməyəcəyik..
Nə etməli? Belədə isə qısa olaraq bir daha o günlərə  qayıdaq. 
18 noyabr 1991-ci il... Həmin tarixdə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bir sözlə, güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət heyət olmalıydı. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunsa da, müzakirələr nəticəsində son siyahı 1991-ci il noyabrın 19-da hazırlanır və Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Beləliklə də yenilənmiş siyahıda Tofiq İsmayılov siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirilməliydi.
19 noyabr 1991-ci il... Yeni siyahını Ayaz Mütəllibov məhz bu tarixdə saat 23:00-da təsdiqləyir və siyahıdakıların bəzilərinə hazırlıq üçün telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və Moskvaya göndərilir. Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə üçlük nəzarət edir - Dağlıq Qarabağ təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov.
20 noyabr 1991-ci il... Saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər - 1981-ci ildə Əfqanıstan döyüşlərində (1979-1989) iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci vertolyot - Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.
Bir məqamı da diqqətinizə çatdıraq ki, tarixi faktlar dəqiqlik sevdiyi üçün bəzi incəliklərə xüsusi olaraq diqqət etmək lazım olur. Bəlkə də bu itki ilə barışmaq mümkün olmadığı üçün növbəti bir ip ucu axtarmağa can atırıq, bəlkə yeni nə isə tapdıq deyə və daha nələr. Unutduğumuz bir məqam var, bəlkə də unutmağa çalışdığımız, bizim qəhrəmanlarımız o gün o hadisənin qurbanı olaraq seçilmişlər idi... Zənnimcə, hadisəylə bağlı xırda parçaları birləşdirmək yetərlidir ki, hadisənin planlı şəkildə həyata keçirilməsinə tam əmin olaq.
...Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16-26 və MS-22-22 nömrəli) və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotun rabitə əlaqələri kəsilib və qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində ötürülüb. Və törədilən faciə haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığı isə bu barədə danışmayıb, sadəcə susublar.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub, faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb.
...Bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verilişinin xəbərlər bölümündə saat 15:30-da yayımlanıb. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin “qəza” kimi şərhini verdi. Saat 16:40-da Tehran radiosu, 17:00-da
Moskva radiosu açıqlama verib
...Bu qədər.Bu gün dünya dəyişib, maraqlar, zövqlər dəyişib, dəyişməyən tarix, tarixdə yaşananlar, tarixdə qalanlardır.
Qarakənd faciəsi kimi, həlak olan İsmət Qayıbov və digərləri kimi .
General İsmət Qayıbov 79 yaşın mübarək, sən həmişə bizimləsən !
Allah sənə rəhmət eləsin.

Araşdırmaçı jurnalist Baba Allahnəzərov

0.038746118545532