Gəncədə şəhid qardaşı vəfat etdi
Paralel.az xəbər verir ki, Gəncədə bayrağı dəyişərkən hündürlükdən yıxılan şəhid qardaşı xəstəxanada vəfat edib. Bu barədə onun əmisi oğlu məlumat verib.
Qeyd edək ki, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov sentyabrın 25 yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq xəsarət alıb. O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Bu gün isə xəstəxanada dünyasını dəyisıb. Allah rəhmət eləsin.
Akif Nəsirli