Vətəndaşlar gecələr baş verənlərdən narahatdırlar
Paytaxt vətəndaşları gecələr Bakının bəzi rayonlarında baş verən narahatlıqdan şikayət edirlər. Bu dəfə Yasamal rayonu, Z.Xəlilov küçəsi ərazisində yaşayan sakinlərdən şikayət səslənib: “Biz paytaxtın mərkəzi hissəsində yaşasaq da, burda rahatlıq tapa bilmirik. Çünki gecəyarısı küçədə eşidilən dava, qışqırıq səsi rahatlığımızı pozur. Bu, həm də təhlükəsizliklə bağlı da narahatlıq yaradır. Bir müddət əvvəl küçədə köməyə çağıran qadın səsi gəlirdi, o, yaralı olduğunu deyirdi. Ona görə də sakinlərdən bəzisi təcili yardım çağırdı, xidmətin əməkdaşları isə ərazini dolaşsa da, onu tapa bilmədilər. Keçən gecə isə saat 4-5 radələrində Z.Xəlilov-36 ünvanı ərazisində qışqırıb köməyə çağıran qadın səsi eşitdik. Əksəriyyət yuxudan oyanıb səsin hardan gəldiyini müəyyən etmək, köməyə getmək istədi, amma edə bilmədi. Çünki o saatlarda
adamın özünün küçəyə çıxıb köməyə tələsməsi də qorxuludur. Orda hansı təhlükəli vəziyyətin baş verməyəcəyinə kim təminat verə bilər? Xahiş edirik, buna bir əncam çəkilsin, yoxsa hamımız narahatlıqdan, qorxudan əziyyət çəkirik”.
Nigar