Baş ağrısını dərmansız sakitləşdirmək mümkündür
Paralel.az xəbər verir ki, bu gün az qala hamı mütəmadi olaraq baş ağrısından əziyyət çəkir. Ağrı olan kimi də, əksəriyyət ağrıkəsici dərmanlara üz tutur. Lakin dərmansız da ağrının öhdəsindən gəlmək mümkündür. Bunun üçün rus həkimləri sadə bir məşq etməyi məsləhət görürlər. Yəni kəllə dibində şiddətli ağrı, oksipital miqren olanda, adi gimnastika elastik bandıyla onu sakitləşdirmək olar. O, kəllə dibinə tətbiq olunmalı, sol ucu sağ əllə, sağ ucu solla tutulmalı, sonra bir tərəfi yuxarı, digər tərəfi aşağı çəkilməlidir. Başı çevirəndə, elastik band sağ əllə bir az daha çox sıxılmalıdır. Sinir kökləri burdan çıxır və bu bölgənin əzələ gərginliyi sinir təzyiqinə və xoşagəlməz bir baş ağrısına səbəb
olar. Lakin bu məşqi yalnız səhər və bir dəqiqə ərzində etmək lazımdır.
Nigar