Səfir bölgədəki vəziyyətlə bağlı danışmaq istəməyib

Səfir bölgədəki vəziyyətlə bağlı danışmaq istəməyib
 

Paralel.az xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallager Qarabağ ətrafındakı vəziyyəti şərh etməyib. O, universitetdə təşkil olunan “Ermənistanda hüquqi şəxslərin cinayət məsuliyyətinin perspektivləri" mövzusunda keçirilən tədbirdə jurnalistin sualına cavab verməyib. NEWS.am-ın müxbiri Ermənistan-Azərbaycan münasibətləri, eləcə də Qarabağla bağlı səfirin nə düşündüyünü soruşub. Səfir isə səfirliklə əlaqə saxlamağı tövsiyə edib.

Nigar

0.047663927078247