Şagirdlərdən ayda 50 manat yığan direktor kimdir?
Paralel.az sosial şəbəkələrdə yayılan paylaşımlar istinadən xəbər verir ki, Bakıda yerləsən Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb.
Valideynlərdən əldə etdiyimiz məlumata görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib.
Pulun hansı məqsədlə yığıldığı bilinmir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:
“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, - deyə idarədən qeyd edilib.
A. Nəsirli