Abdullahyan Bakıya səfər edəcək
Paralel.az xəbər verir ki, İranın xarici işlər naziri Azərbaycana səfər etmək niyyətində olduğunu bəyan edib:
“Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Bizim azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsaydı, yaxşı olardı”, - Hüseyn Əmir Abdullahiyan belə deyib.
Akif Nəsirli