Beyinə implant yerləşdirmək depressiyanı dəf edəcək

Beyinə implant yerləşdirmək depressiyanı dəf edəcək
 

Paralel.az xəbər verir ki, Kaliforniya Universitetinin tədqiqatçıları dünyada ilk dəfə beynin elektrik stimullaşdırılması vasitəsilə klinik depressiya əlamətlərini aradan qaldırıblar. Tədqiqatçılar cihazla həm xəstənin beyninə, həm də xəstəliyə səbəb olan sinir dövrəsinə dərhal tələb olunan terapiyanı təmin ediblər. Onlara görə, bu fərdi yanaşma xəstədəki depressiya simptomlarını demək olar ki, dərhal aradan qaldırıb. İmplantın yerləşdirilməsindən 12 gün sonra onun göstəricisi 14 bala düşüb. Bir neçə aydan sonra göstərici daha da aşağı düşüb və nəticədə klinik remissiyanın rəsmi göstəricisi 10 bala çatıb. Xəbərə görə, standart müalicə üsulları yalnız 4-8 həftədən sonra insanın vəziyyətinə təsir göstərməyə başlayır. Tədqiqatçılar söyləyir ki, belə bir üstün nəticə uzunmüddətli,

dərmana davamlı depressiya xəstələrinin həyatını tamamilə dəyişə bilər: “Müvəffəqiyyət özlüyündə zehni xəstəliyin əsasını təşkil edən beyin funksiyalarını dərk etməyimizdə inanılmaz bir uğurdur. Lakin ümidverici nəticələrə baxmayaraq, hələ qarşıda çoxlu sınaqlar var. İndiyə qədər yalnız bir xəstənin müalicəsində uğur əldə edilib. Digər insanların bu müalicəyə necə reaksiya verəcəyi hələ bilinmir”.

Nigar

0.023896932601929