Müştəriləri QNET şirkətini ittiham edir!
Eldəniz Salmanov: "Mən borcumu qaytara bilmədiyim üçün məhsulu təhvil götürdükdən sonra satmaq qərarına gəldim. Lakin hansı qızıl mağazasına getdimse zinət əşyasınin saxta olduğunu dedilər və almadılar"
Paralel az xəbər verir ki, redaksiyaya Abşeron rayonu Xırdalan şəhər, R.Behbudov 61 mənzil 56-da yaşayan Salmanov Eldəniz tərəfindən şikayət ərizəsi daxil olub.
Ərizədə bildirirəm ki, QNET şirkətinin nümayəndəsi Poladova Ayla Ramiz qızı tərəfindən oğlum Salmanzadə Taleh Eldəniz oğlu ofisə dəvət olunub və o, 05 may 2021-ci ildə 1142 AZN ödəyərək 5 illik qüvvəsi olan turpaket alaraq həmin şirkətə üzv olunmuşdur: "Daha sonra Taleh Salmanzadə öz anası Salmanova Günay Seyfi qızını həmin QNET şirkətinə dəvət etmişdir. Yoldaşım Günay Salmanova da həmin şirkətə 24 may 2021-ci il tarixində 1142 AZN verərək 5 illik qüvvəsi olan turpaket almaqla şirkətə üzv olmuşdur..
Daha sonra məni Salmanov Eldenizi yoldaşım Salmanova Günay QNET şirkətinə üzv olmağımı təklif etdi. Mən də fikirləşdim ki, ailəmə dəstək olmaq üçün yanlarında olum və üzv oldum. Yoldaşim Salmanova Günay və mən, Salmanov Eldəniz birlikdə dəfələrlə həmin QNET şirkətinə dəvət olunduq. QNET şirkətinin nümayəndəsi Murad Sərhadli bizimlə çox tez-tez söhbət edirdi. Bizə şirkət haqqında videolar göstərərək işin doğruluğu barədə məlumat verir və deyirdi ki, gəlin üzv olun, qazanın. Bizdə də şirkət anlayışı olmadığına görə aldanıb üzv olduq. Mən Salmanov Eldəniz 15 İyul 2021-ci il tarixdə QNET şirkətinin saytında gosterilən qızıl-zinət məhsuluna 1405 AZN ödəyərək aldım və üzv oldum. Üzv olmaq üçün mütləq bahalı bir məhsul almalısan.
25 Sentyabr 2021-ci il tarixində Murad Sərhadli tərəfindən mesaj gəldi ki, şirkətimizin saytından Salmanov Eldənizin aldığı qızıl məhsul gəlib, gelin göturun.
27 Sentyabr 2021-ci il tarixində QNET
şirkətinə gedərək Murad Sərhadlidan məhsulu təhvil aldım. Mən bu şirkətə üzv olanda borc pul tapıb məhsulu aldım. Həmcinin yoldaşım Salmanova Günay və oğlum Salmanzadə Taleh da borca girərək üzv olublar. Mən borcumu qaytara bilmədiyim üçün məhsulu təhvil götürdükdən sonra satmaq qərarına gəldim. Lakin hansı qızıl mağazasına getdimse zinət əşyasınin saxta olduğunu dedilər və almadılar.
Sizdən xahişim odur ki, QNET şirkətindən aldığım məhsulu və ailəmin aldığı 2 turpaketi geri qaytarmaqda bizə dəyən maddi ziyanın ödənilməsinə köməklik edəsiniz".
Şikayətçinin sözlərindən belə çıxır ki, QNET şirkəti ailəyə 3689 manat ziyan vurub.
Məsələ ilə bağlı şikayətdə adı hallanan Murad Sərhadli ilə söhbət zamanı bildirdi ki, adı çəkilən üç nəfərin heç birini o, QNET şirkətinə üzv etməyib: "Talehi öz tanışı, ata və anasını isə Taleh şirkətə üžv dəvət edib. Sadəcə olaraq mən QNET şirkətinin meniceri olaraq onları şirkətin işi prinsipi ilə tanış etmişəm. Onlar şirkətdən nə alıbsa özləri seçıb, hər üçü dəyərini ödədiyi məhsulu alıb. Bu barədə onların elektron poçt ünvanına hesab-faktura göndərilib. O ki qaldı şirkətdən alınan məhsulların geri qaytarılmasına, bu da Azərbaycan qanunlarına uyğun olaraq tənzimlənir. Yəni məhsulların geri qaytarıla bilmə müddəti var, o müddət keçməyibsə, məhsulun geri qaytarılmasında heç bir problem yoxdur. Onlar əsassız olaraq QNET şirkətini ittiham edir. Mən şirkətin hüquqşünasına deyərəm sizinlə əlaqə saxlayıb, vəziyyəti izah edər".
Lakin günün sonuna qədər QNET şirkətinin səlahiyyətli nümayəndələri ilə əlaqəmiz alınmadı. Təqdim etdikləri təqdirdə QNET şirkətinin də mövqeyini dərc etməyə hazırıq.
Eldəniz Salmanov bizimlə söhbətində bildirdi ki, orada bizi hipnoz edib pulumuzu əlimizdən aldılar, indi də qaytara bilmirik.
Akif Nəsirli