Azərbaycan hava məkanını erməni təyyarələrinin üzünə açdı
Paralel.az xəbər verir ki. Azərbaycan Ermənistan hava məkanı ilə uçuşlar icra etdiyi kimi, eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə edə bilər. Yəni, bu proses birtərəfli qaydaya yerinə yetirilmir, həm Azərbaycanın, həm də Ermənistanın regionda yeni reallıqlardan faydalanmaq imkanı yaranıb. Tərəflərin bu imkandan istifadə etməsi həm regional təhlükəsizliyə, həm münasibətlərin normallaşmasına töhfə verir, həm də bunun iqtisadi dividentləri var.
Bir faktı vurğulamaq yerinə düşər ki, Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişərək, Ermənistan üzərindən yerinə yetirilməsi uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Ermənistan mülki aviasiyasının da eyni qaydada Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə etməsi bu ölkə üçün daha əlverişlidir.
Son baş verənlər eyni zamanda regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Ermənistan bununla tranzit ölkəyə çevrilir.
Akif Nəsirli