Vətəndaş “Grand market”dən narazıdır
Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi 52, mənzil-3 ünvanında kirayədə yaşayan Xatirə Kərimova problemlə üzləşib. Şikayətçinin Azad İstehlakçılar Birliyinə ünvanladığı müraciətdə deyilir: “Bu ilin18 sentyabr tarixində “Grand market”də mənə təqdim edilmiş kassa çekində “Sədərək” TM, Z3, S3A qeyd edilmiş “Şahin Elektronics” bölməsindən kartla 71manat ödəniş edərək elektron sürtgəc aldım. Mənə 1 illik zəmanət talonu da verdilər. Bu əşyanı mağazanın instağram səhifəsindəki reklama görə seçmişdim və mağazaya da bu səbəbdən getmişdim. Lakin evdə işlədən vaxt məni qane etmədiyindən, onu bir gün sonra mağazaya apardım və zavod qüsurlu olduğunu bildirdim. Əşyanın dəyişdirilməsini, mənə uyğun mal olmadığı halda isə qaytarılmasını, pulumun ödənilməsini xahiş etdim. Satıcı da bu xahişimi nəzərə alıb mənə Nizami küçəsi-129
ünvanında yerləşən “Grand market”ə müraciət etməyimi bildirdi. 20.09.2021-ci il tarixdə “Grand market”ə gedib satıcıdan pulumun qaytarılmasını xahiş etdim. Özünü müdir kimi təqdim edən Loğman adlı şəxs dedi ki, malı geri qaytara bilmərəm. Çox xahiş etsəm də, mənə əhəmiyyət verən olmadı. Mən əşyanı və zəmanət talonunu dükanda qoyub getməyə məcbur oldum. Dedilər ki, sənə zəng edəcəyik, lakin bu günə kimi heç bir zəng olmayıb. Mənim pozulmuş istehlakçı hüququmun qorunmasını, geri götürülmüş malın pulunun nağd şəkildə qaytarılmasını xahiş edirəm”.
Nigar