Sərhəd məsələsi yenidən mübahisəyə səbəb oldu

Sərhəd məsələsi yenidən mübahisəyə səbəb oldu
 

Paralel.az xəbər verir ki, müxalif və hökumətyönlü millət vəkilləri Ermənistanın sərhəddiylə bağlı məsələdə ortaq nöqtəyə gələ bilməyiblər. Xəbərə görə, parlament üzvləri “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü haqqında” qanunun Azərbaycanla sərhəd hissəsində necə şərh ediləcəyi ilə bağlı yenidən mübahisə ediblər. “Hayastan” müxalifət fraksiyasından olan Artsvik Minasyan “Ermənistanın Syunik bölgəsinin şərqindəki icmaların sərhədlərinin təsvirini aydınlaşdırmağı” xahiş edib: “Əgər Azərbaycan ərazisi Şurnux, Vorotan və bir sıra digər kəndlərin şərqindən başlayırsa, bu o deməkdir ki, bu qanun Ermənistanın dövlət sərhədini müəyyən edir”. Digər deputat isə inzibati nəticələrlə üzləşməyəcəklərinə ümid etdiyini deyib: “Mövcud hökumət bu cür formulaların əleyhinədirsə, Suren Papikyanın

son üç ildə bu qanuna dəyişiklik təklif etməsinə heç nə mane olmadı. Bunu etməməyiniz bu cür formulalarla razılaşmaq deməkdir”. Deputatlar deyib ki, bu qanunda, xüsusən də bu ölkə ilə sərhədlərin delimitasiyası ilə bağlı heç bir razılaşma olmadığı üçün, Azərbaycan ərazisinin tam olaraq haradan (Şurnux və Vorotanın şərqində və ya cənub-şərqində) başladığı göstərilmir. Deputat Gevorq Papoyan isə buna cavab olaraq söyləyib ki, 2010 və 2016-cı illərdə inzibati bölgü haqqında qanun qəbul ediləndə hazırkı parlament müxalifəti bu qanun layihələrinə səs verib: “Yəni onlar qanunun qəbulu vaxtı bu və digər kəndlərin şərqdə Azərbaycanla sərhəd olduğunu ifadə edən ifadədə pis bir şey görməmişdilər”.

Nigar

0.028653860092163