Gürcüstan quru sərhədlərini İranın üzünə bağladı!

Gürcüstan quru sərhədlərini İranın üzünə bağladı!
 

Paralel.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan hökuməti quru sərhədlərini İran yük maşınları üçün bazar günündən etibarən bağlayıb.

İran vətəndaşlarının Gürcüstana girişini qadağan edən Tiflis, bazar günü bütün quru sərhədlərini İran maşınları üçün bağladı.

Ermənistandan Rusiyaya yük tranzit etmək üçün keçən yüzlərlə İran yük maşını və qoşquları hazırda Gürcüstan sərhədində dayanır. Lakin hələlik Gürcüstan hökuməti bu qapanmanın səbəblərini açıqlamır.

Tiflisin indiki siyasəti davam edərsə, İranın şimal-cənub dəhlizi yaratmaq üçün yeganə yolu Rusiyanın Həştərxan (Astraxan) limanına gedən Bandar Ənzəli su yolunu aktivləşdirmək olacaq.
Akif Nəsirli

0.031262159347534