EKQ koronavirus simptomlarını yaxından izləməyə kömək edir

EKQ koronavirus simptomlarını yaxından izləməyə kömək edir
 

Paralel.az xəbər verir ki, elektrokardioqramın xüsusi nümunəsi xəstələrdə COVID-19 simptomlarının pisləşməsini və hətta öndəki iki gün ərzində mümkün ölümləri proqnozlaşdırmağa kömək edir. Xəbərə görə, elm adamları yeni bir koronavirus infeksiyasının şiddətini xüsusi qan biomarkerləri ilə təyin etməyin mümkünlüyünü söyləyiblər. Eyni zamanda, dərin qan testi vaxt aparır, xəstənin vəziyyəti isə bir neçə saat ərzində pisləşə bilər. Elektrokardioqrafiya (EKQ) isə bir neçə dəqiqə ərzində aparılır və analiz edilir, üstəlik bu prosedur xəstəyə narahatlıq gətirmir və nisbətən ucuzdur. Tədqiqat müəllifləri qriplə xəstəxanaya yerləşdirilən xəstələrdə də uyğun nisbətləri araşdırıblar. Klinikada qripdən ölən

xəstələrin 39 faizində EKQ-də eyni biomarker təyin edilib. Müəlliflər həkimlərin xəstələrin xəstəxanaya yerləşdirilməsi zamanı EKQ oxunuşlarını almalarını və xəstənin klinikada olduğu müddətdə xüsusilə də özünü yaxşı hiss etmədiyi təqdirdə, onun mütəmadi olaraq davam etdirilməsini tövsiyə edirlər. EKQ-də müvafiq biomarkerin ilk təzahürlərində tədqiqatçılar müalicənin intensivliyini artırmağı və orqanizmin vəziyyətini yaxından izləməyi məsləhət görürlər.

Nigar

0.02716588973999