Xırdalan şəhər poliklinikasında nömrə biznesi

Xırdalan şəhər poliklinikasında nömrə biznesi
 
Bir həftə əvvəl nömrə alan 35-ci adam 
 
Paralel. az xəbər verir ki, sentyabr ayının 30-da Xırdalan şəhər poliklinikasında xəstəliyə görə əlillik almaq istəyən xəstələr üçün komissiya təşkil olunub. Xəstələr bir həftə ərzində xüsusi qeydiyyatdan keçərək növbə -sıra rəqəmi aldıqları üçün biri-birilərindən nömrələri soruşur, müəyyən bir ardıcıllıq yaratmaq istəyirlər. Həkimlərin gecikmələri səbəbindən  proses bir qədər uzanır. Və məlum olur ki, indicə gəlib canlı növbəni soruşan bir neçə nəfər, ümumiyyətlə əvvəlcədən nömrə almadıqları halda, hansısa yolla ilk sıra nömrələrini əldə ediblər. Növbələrini gözləyən xəstələr iddia edir ki, xəstələri qeydiyyata salıb, nömrə verən poliklinika əməkdaşları bilərəkdən həmin nömrələri özlərində saxlayir və müəyyən «hörmət» qarşılığında tanışlarına verirlər. Beləliklə də, bir həftə əvvəl nömrə alan olur 35-ci adam, indicə gələn isə 1-ci.
Yusif
0.031627893447876