Tələbələr küçələrdə qalıb

Tələbələr küçələrdə qalıb
 
Paralel.az xəbər verir ki, son günlər yagan intensiv yağışlar, tələbələrin ev tapmaq problemini daha da çətinləşdirib. 
Dərs ilinin adi qaydada başlaması, tələbələri bir çox qayğıları ilə yanaşı, həm də mənzil problemini çözmək kimi çətinliklər qarşısında qoyub.
Bərdə rayonundan olan Bəhruz Hümbətov deyir ki, dərslərin adi qaydada başlanılacağı elan olunan gündən axtarışdayam, babat bir ev tapa bilmirəm: » Sentyabrın 15-dən Bakıdayam, qızım Tibb Universitetinə qəbul olunub. Həmin ərazilərdə isə ən ucuz evlər 400 manatdan başlayır. İki nəfərin qala biləcəyi 1 otaqlı ev üçün (yeni binalarda) 600 manat pul istəyirlər.»
Biləcəridə, Xırdalanda, Sulutəpədə,  Masazırda nisbətən ucuz, yəni 250, 300, 350 manata ayrıca evlər var, amma orada normal yol, nəqliyyat təminatı və infrastrukturu olmadığından, tələbələr oraya maraq göstərmirlər. Son günlər yağan yağışlar da bir daha sübut etdi ki, Bakıətrafı kənd və qəsəbələrdə kirayə evlər şəhərin mərkəzi ilə müqayisədə diqqətçəkəcək dərəcədə ucuz olsa da, yol və nəqliyyat problemi üzündən tələbələr burada yaşamaq istəmirlər.
Balakən rayonundan olan Musa Ramazanov deyir: «Oğlum Bakı Dövlət Universitetinə qəbul olunub. Universitetə yaxın ərazilərdə evlər əlçatan olmadığından, nisbətən aralıda, metrostansiyalara yaxın yerlərdə ev axtarıram. Hələ ki tapa bilmirəm, 300 manatdan artıq pul verməyə isə maddi imkanım yoxdur. 
Tələbələrin yataqxana probleminin nə vaxt həll olunacağını isə heç kim bilmir.
 Yusif
 
0.020047187805176