Covid-19-la bağlı vacib nüanslar

Covid-19-la bağlı vacib nüanslar
 

Doktor Aydın Əliyev məsləhət verir

Paralrl.az xəbər verir ki, həkim-radioloq Aydın Əliyev öz Feyzbuk hesabında vətəndaşlar üçün COVİD-19-la mübarizə zamanı necə davranmaq lazım olduğu barədə dəyərli məsləhətlər paylaşıb. Oxucularımız üçün gərəkli olacağını düşünərək postu bəzi düzəliş və redaktələrlə diqqətinizə çatdırırıq
1. Əgər Covid-19 PCR testiniz müsbətdirsə (pozitiv), fəqət heç bir şikayətiniz yoxdursa heç bir müayinə və müalicəyə ehtiyac yoxdur. Nə KT, nə Rentgen, nə 30-40 adda qan analizi, nə dərman, nə də sistem, heç biri lazım deyil!
2. Covid-19 testi pozitivdirsə, yüngül və orta ağır şikayətləriniz varsa, hətta O2 saturasiyası lap 85-ə düşübsə belə o saat KT-yə qaçmayın! Saturasiyanı qaldırmaq üçün müvafiq ambulator və ya stasionar müalicə üçün müraciət edin.
3. Covid-19 xəstəsi ilə təmasda olmusuz lakin, test neqativdirsə və heç bir şikayət yoxdursa, yenə də panik olub heç bir müayinə və müalicə etməyin!
4. Test neqativdir, amma şikayət varsa, qanda Covid-19 İgM-i yoxlatdırın, o da mənfidirsə və O2 saturasiyası aşağıdırsa, bax o halda diaqnoz qoymaq üçün KT müayinəsi lazım ola bilər.
5. Bunları nəyə görə yazdım? Son günlər yoluxub, lakin xəstəliyi yüngül keçirən, O2 saturasiyası, hətta, 97-98 olan bir neçə tanışımın lazım olmadığı halda, mənasız yerə KT müayinəsinə gedərək ağciyərlərində 20-30% “buzlu şüşə mənzərəsi” var sözünü eşidəndən sonra dəhşət panikaya düşərək, isterik-panik boğulmaya məruz qaldığını gördüm! Onları qəşəngcə “danlayandan” sonra özlərinə gəldilər.
6. Canınıza yazığınız gəlsin! Lazım olmadığı halda gedib canınıza və cibinizə ziyan vurmayın! Qorxaq olmayın! COVİD-19 və digər xəstəlikləri olduğu halda döyüşərək Şəhid və Qazi olan qardaşlarımızdan ibrət alın
Akif Nəsirli

0.018895149230957