Paşinyan mina xəritələri ilə bağlı açıqlama verdi
Paralel.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinə təhvil verilən mina xəritələri ilə bağlı açıqlama verib.
Belə ki, Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, Ermənistanın bizə verdiyi mina xəritələrinin yalnız 25 faizi özünü doğruldur.
Bu ittihama cavab olaraq erməni lideri deyib: "Əlimizdə nə mina xəritəsi olub, onu vermişik. Bizdə keyfiyyətli ya keyfiyyətsiz xəritə yoxdur, nə var onu da vermişik".
Akif Nəsirli