Dərman satışında inhisarçılıq
Həkimlər dərman mafiyasına, yoxsa dərmansatanlar həkim mafiyasına işləyir?
Paralel.az xəbər verir ki, Azərbaycanda xəstələnmək, sadəcə faciədir. Çünki həkimə getmədən evdə müaləcə olunmaq, sonradan ciddi fəsadlar yarada bilər. Həkimə müraciət etmək isə coxlu pul tələb edir ki, o da, kasıbda yoxdursa, vay halına, işi Allaha qalır. Bir dəfə həkim yanında olmaq xəstənin 30-60 manatdan, 500-1000 manata qədər pulunu əlindən ala bilər. Bu isə xəstənin müalicə olunub, sağalacağına heç bir təminat vermir. Bu sadəcə, müayinə haqqıdır. Bundan sonra xəstə müalicənun hər proseduru və həkimin hər məsləhəti üçün ayrıca pul ödəməli olacaq. Mən hələ dərmanlardan danışmıram.
Sovet dönəmində «uçaskovıy» (sahə, ərazi həkimi) həkim heç bir əlavə yoxlamaya göndərmədən (qan, s...k və n...s analizi ilə) xəstəni həm müayinə, həm də müalicə edirdi, çox nadir hallarda xəstə stasionar (xəstəxana) müalicəyə göndərilərdi. Müasir sahə həkimləri (indi onlara nədənsə, ailə həkimi deyirlər) isə ümumiyyətlə, ərazidə yaşayan xəstələri tanımır, nəinki ünvanlarını. Xəstəliklə bağlı müraciət edənləri isə haralarasa tronsfer edir ki, orada da xəstəni « qurbanlıq qoyun kimi, elə soyurlar ki», yazıq həkimə getdiyinə peşiman olur. Məhz bu səbəbdən də, insanlar həkimə müraciət etməkdən çəkinirlər. Çünki hansısa səbəbdən onların toruna düşdünsə, istədiklərini almadan səndən əl çəkməyəcəklər.
Bugünlərdə gözümdə yaranan narahatlıqla bağlı bir həkimə müraciət etdim. Öz-özlüyümdə icə belə qərarlaşdırdım ki,
başqa bir yerə göndərsə, getməyəcəyəm.»Bura bax, bunu oxu» təkliflərindən sonra sakitcə oturub, bir «resept» yazdı. Dedim, nə yaxşı harasa göndərmədi, deyəsən savadlı həkimdir. Aptekdən dərman (əslində, heç dərman da deyildi) alanda anladım ki, bu da dərman mafiyasına işləyir. Adi bir dərman əvəzedicisinə 28 manat pul ödədim. Bax, bizim müasir səhiyyəmiz, məhz belə işləyir. Səhiyyə Nazirliyinin yetkililərindən soruşanda ki, bu nə deməkdir? Cavab ları belə olur: «apteklər sahibkarlıq subyektləri sayıldığından onların qiymət siyasətinə müdaxilə edə bilmərik». Bu qədər bəsit.
Bəs, dərman olmayan qida əlavələrinin apteklərdə baha qiymətə satılmasına kim cavabdehdir? Cavab:»bizlik deyil».
Bu yerdə adamın yadına «Bambeyin gecə işıqları» hind filmində Rac Kapurun yaratdığı obrazın insanlara «hər şeyin dırmanı» adı ilə adi dəniz qumunu satması və İtalyanın »İnadkarın ram edilməsi» filmində Çilintanonun qıza narkotik əvəzinə qoyun zıqı verməsi səhnələri düşür. Onlar bu yolla bir növ dələduzluq edirlər. Bəs, bizim həkimlərimizin və dərman mafiyasının etdiklərinin adı nədir?
Yusif Seyid