İran Xocalı soyqırımını nə üçün tanımır?
Farsların erməni xofu
Paralel.az xəbər verir ki, son zamanlar münasibətlərimizdə bir qədər gərginlik yaransa da, bizə «dost, qardaş» ölkə deyən İran, maraqlıdır Xocalı faciəsini nə üçün soyqırımı kimi tanımır? Bu sualı demək olar ki, hər gün bu və ya başqa formada eşidirik. Amma bir şeyi də yaddan çıxarmamalıyıq ki, İran ərazisində yaşayan azərbaycanlılara və digər müsəlman xalqlara dövlət ciyasəti səviyyəsində münasibəti də, heç zaman dostluq və qardaşlqdan danışmağa imkan verməyib. Tam əksinə, İranda hər zaman ermənilərə azərbaycanlılardan və digər müsəlman xalqlarından daha isti münasibət göstərilib. Bu da ermənilərin İranda söz cahibi olduqlarını və hakimiyyətə təsir imkanlarının olduğunu deməyə əsas verir. Son gərginliklərin yaranması da, heç şübhəsiz ki, ermənilərin məkrli siyasətinin təzahürüdür. Bu da məlumdur ki, İrandan Ermənistana daşınan malların da arxasında İranda yaşayan, iransoylu ermənilər dayanır. 30 il müddətində heç bir maneəylə üzləşmədən ermənilərə öz dəstəklərini həyata keçirən bu haramzada qurum və təşkilatlar, bu gün Azərbaycanın ortaya qoyduğu haqlı mövqeyi həzm edə bilmir və bütün yollardan istifadə edərək İran hökumətinə təzyiqlər edirlər.
Məhz bu səbəbdən də, erməni təəssübkeşliyini nümayiş etdirən İran, bu yolla onların könlünü almağa çalışır.
Əgər İran həqiqətən də, bizə dost və qardaş ölkə olsaydı, Xocalı faciəsini soyqırımı kimi tanıyan ölkələrin ilk sıralarında
yer alardı. Amma olmadı. Əksinə, ermənilərə qahmar çıxmaq üçün Azərbaycan qarşı hədyanlar yağdırmağa, təhdid və təhqirlərə yol verdi. Bununla da, özünün məkirli mövqeyini ortaya qoymuş oldu. Baxmayaraq ki, bir müddət əvvəl İranda səfərdə olan Milli Məclisin spikeri, xanın S. Qafarova da onlara Xocalı faciəsini soyqırımı kimi tanımaq barədə çağırış etmişdi. Onlar yenə də, susqunluq nümayiş etdirirlər. Görünür farslarda, erməni xofu çox güclüdür.
Y.Seyid