Dilçi alim: "Dilçilik İnstitutu layiqincə dəyər verməyibsə..."

Dilçi alim:
 

 "30 sentyabr tərcüməçilər günüdür. Mən həmin tarixdə heç bir xüsusi hiss-həyəcan keçirmədim. Çünki tərcüməçi peşəsinin nəinki ölkəmizdə, heç çalışdığım müəssisədə belə, xüsusi dəyərinin olmadığını hiss edirəm, baxmayaraq ki, müəllimindən aliminə kimi dünya mənbələrinin tərcüməsi hesabına bilik qazanır".

Bunu İtalyanşünas alim Günel Bayramova deyib.  O, bildirib ki, təsadüfi deyildir ki, bir tərəfdə C.Layonz, E.Benvenist və s.lərin tanınmaz hala gətirilmiş tərcümələrinə vəsait itirildiyi halda, digər tərəfdə itirilmiş tariximiz və dilimizin dirildilməsinə xidmət edən fundamental tərcümə, tədqiq və şərh əsərinə laqeyd yanaşılır.

"Mən Pietro della Vallenin Türk dilinin qrammatikası, Azərbaycan dilinin orijinal qrammatikası əsəri haqqında təkrar-təkrar paylaşım etdiyimə görə fb dostlarım məndən inciməsin və bunu təvazökarlıqdan uzaq görməsin. 1620-ci il Qafqaz ərazilərində danışılan türk dilinin qrammatikasının Vatikan kitabxanasından əldə edilərək böyük zəhmət hesabına tərcümə edilməsini, bununla yanaşı Vallenin səyahətnamələrindən zəngin tarixi faktların xülasəsini Azərbaycan tərcüməşünaslığına töhfə sayıram. Ancaq buna Azərbaycanın yeganə tərcümə institutu olan Dillər Universiteti, o cümlədən AMEA-nın Dilçilik İnstitutu layiqincə dəyər verməyibsə, ən azından öz səhifəmdə bu haqda paylaşmağı özümə borc bilirəm.
“Valle türk dilinin üstün mövqeyindən, bu dilin təkcə Türkiyədə yox, Persiyada da nüfuzundan bəhs edir: “Biz türk dilində danışırdıq. Bu dil Persiyada fars dilindən az etimada malik deyil. Rəsmi yazışmalar fars dilində aparılsa da, sarayda və daha savadlılar arasında türkcə danışılır. Kişilərin, hətta qadınların da çoxu iki dildə (fars və türk dillərində) danışır. Bunun səbəbi türk mənşəli qızılbaşların öz dillərini qoruyub saxlamalarıdır...”

Mənbə: Idris Abbasov, Günel Bayramova. Pietro della Valle. “Türk dilinin qrammatikası”, Azərbaycan dilinin orijinal qrammatikası 1620. Tərcümə, tədqiq və şərh 2020; səh.128". 

Paralel.az

0.019901990890503