Abşeronda internet böhranı
Qiymət baha, xidmət keyfiyyətsiz
Paralel. az xəbər verir ki, hamı deyir biz internet əsrində yaşayırıq, çox gözəl, amma Abşeron əhli bu gözəlliyi nədənsə hiss edə bilmir. Kimlırsə, indiki halda Aztelekom bu şəbəkəni yaratmaqla milyonlarla, onmilyonlarla pul qazanır. Amma insanları normal internetlə təmin edə bilmir. Ələlxüsus da, Abşeron rayonunda və onun kənd və qəsəbələrində. Bu rayonun, ümumiyyərtlə heç bir strukturu normal işləmir. Yağış, qar, külək olan kimi, rayonun bütün kənd və qəsəbələri iflic vəziyyətə düşür. Deyək ki, qarı, yağışı, suyu başa düşdük. Bəs nə üçün, bir balaca külək, yağış olan kimi, internetin verilişində də problemlər yaranır? İnsanlar bu şəbəkənin xidmətindən istifadə edə bilmirlər. Qonşular isə biri-birinə, « qonşu internet var»,-deyə sual edir. Qonşu da, «olmasa, bundan yaxşı idi»,- cavabını verir. Yəni, o qədər zəifdir ki, heç bir iş görmək mümkün deyil.
Bu gün bütün dünya «agıllı» kənd, qəsəbə, şəhər layihələrini həyata keçirməklə, insanların rifahını yüksəltməyə çalışır. Bütün bu layihələr isə internet üzərindən işləyir. Görünəni odur ki, belə davam etsə, Azərbaycanda bu kimi layihələri ancaq 50 ildən sonra həyata keçirmək mümkün olacaq.
Allah Azərbaycan xalqına səbr verməsin inşallah!
Yusif Seyid