Quru Qoşunları Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb
İbrahim Rüstəmov: "Belə bir qrumun yaradılması Azərbaycan Ordusunun həyatında önəmli rol oynayacaq və onun gücünü dəfələrlə artıracaq"
Paralel.az Müdapfiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Quru Qoşunları Komandanlığının bilavasitə tabeliyində olan qüvvə və vasitələrinin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsi məqsədilə Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb.
Məlum olduğu kimi Azərbaycan Ordusu 44 günlük müharibədə lokal xarakterli komanda idarəetmə mərkəzlərindən istifadə etdi və bu təcrübə ordumuzun şanlı qələbəsində xüsusi önəmə malik olub. İndi isə orduda daimi olaraq komanda idarəetmə mərkəzi fəaliyyətə başladı.
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmov bildirdi ki, indiyə qədər Azərbaycan ordusunun belə bir daimi analitik idarəetmə mərkəzi yox idi. Belə bir mərkəzin işə düşməsi çox sevindirici haldır: "Yadınızdadırsa cənab prezident İlham Əliyev demişdi ki, ordumuz moderinləşdirilərək daha çevik bir orduya çevriləcək. Bu təcrübə dünyanın ən böyük ordularından olan Türkiyə Ordusunda sınaqdan uğurla çıxıb. Bütün ordularda olduğu kimi Azərbaycan Ordusunun da modernləşməsinə daima ehtiyac var və bu proses hər gün davam edir. 44 günlük müharibədən sonra belə bir qərarın qəbul edilməsinə ciddi ehtmyac yaratdı və bu orduda qarşılıqlı əlaqənin gücləndirilməsinə yüz faiz zəmanət verir, qoşunların birgə fəaliyyətini operativ olaraq tənzimləyir. Bir mütəxəssis kimi bu modeli ürəkdən alqışlayıram. Bu cür idarəetmə mərkəzi ordunun döyünən ürəyi rolunu oynayır. Belə bir qrumun yaradılması Azərbaycan Ordusunun həyatında önəmli rol oynayacaq və onun gücünü dəfələrlə artıracaq. İstər birinci Qarabağ müharibəsində, istərsə də ikinci Qarabağ müharibəsinin ilkin mərhələsində qoşunlar arasındakı əlaqələrin zəif olmasından əziyyət çəkdik. 44 günlük müharibənin ilkin mərhələsində məhz belə bir mərkəzin olmaması bizə çoxsaylı itkilərə səbəb oldu. Hadisələrin sonrakı inkişafı əməliyyatlara yeni yanaşma prinsipinin zəruriliyini ortaya qoydu. Cənab prezidentin rəhbərliyi altında əməliyyatlar ciddi redaktə olundu, bunun nəticəsində isə böyük qələbə əldə edildi. Azərbaycan ordusunun ildırım sürətli, prodiktiv əməliyyatlarından qorxan düşmən ərazilərimizin daha çətin relyefə malik olan hissəsini döyüşsüz azad etməyə qərar verdi. Bəli, ermənilər Azərbaycan Ordusunun qorxusundan Ağdamı, Laçını və Kəlbəcəri döyüşsüz tərk etdi.
Ordu elə bir qrumdu ki, o daima təkimləşməlidir. Belə komanda mərkəzinin yaradılması da təkmləşmə mərhələsindən biridir və bu alqışlanmağa layiqdir. Bu addım Azərbaycan Ordusunun gücünü 2-3 dəfə artıracaq. Lakin bu da son hələ deyil, ordumuz inkişaf etməkdə, moderinləşməkdə dava edəcək".
Akif Nəsirli