"Suriyada sülh Rusiya ilə Türkiyə arasındakı əlaqələrdən asılıdır"

 

Paralel.az iNTERFAX.RU-ya istinadən xəbər verir ki, Suriyadakı vəziyyətin tənzimlənməsi Rusiya ilə Türkiyə arasındakı münasibətlərdən asılıdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

"Suriya problemi ilə bağlı birgə addımlarımız da böyük əhəmiyyət daşıyır. Bu bölgədə sülh Rusiya-Türkiyə münasibətlərindən asılıdır",- Ərdoğan bildirib.

O, kitərəfli əlaqələrin güclənməsinin, onların inkişafının hər kəsə böyük fayda gətirəcəyini qeyd etdi.

Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Soçidə Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar başlayıb. Danışıqlar tərcüməçilərin iştirakı ilə təkbətək formatda keçirilib.

Akif Nəsirli

0.02232813835144