Tələbəlik illəri

Tələbəlik illəri
 
Gənclik normal həyata qayıdır
 
Paralel.az xəbər verir ki, bu gün uzun müddətdir korona virus pandemiyası səbəbindən öz tələbəlik illərini yaşaya bilməyən gənclər, oxuduqları ali məktəblərin qapılarını açdılar. Onların arasında elələri də var ki, qəbulları pandemiya dövrünə düşdüyündən, oxuduqları ali məktəbin üzünü ilk dəfə görürlər. Tələbəlik illəri insan həyatının ən maraqlı dövrüdür desəm, yəqin ki, hamı bunu təsdiqləyər. Heç şübhəsiz ki, müasir gənclərimiz də, bu illəri onlayn keçirmək istəməzlər.
Nəhayət, bu gün bütün qaranlıqlar arxada qaldı. Gənclərimizin, tələbələrimizin üzü güldü. Tələbələrimiz normal həyata qayıdırlar. Onların arasında nəvəmi görmək, həm də bir baba kimi məni də fərəhləndirir. «Çox həyacanlıyam, sanki məktəbə-1-ci sinifə gedirəm», nəvəm Rüfət deyir. Onların həyacanını anlamaq çətin deyil, axı iki ilə yaxın bir müddətdə həm müəllimlərindən, dərslərindən, dostlarından ayrı qalıblar. 
Yolunuz açıq, uğurlarınız bol olsun, inşəallah! 
Yusif Seyid
0.02757716178894