Universitetlərin qarşısında izdaham yaşandı

Universitetlərin qarşısında izdaham yaşandı
 

Paralel.az xəbər verir ki, Azərbaycanda bu gün ali təhsil müəssisələrində dərslərin başlanması ilə bütün unveristetlərin qarşısında ciddi sıxlıq müşahidə edilib. Səhər saatlarında Bakı Dövlət Universitetinin qarşısında böyük izdiham var idi. Universitetlərin açılmasının elə ilk günündə bu cür sıxlıq özü pandemiyanın yayılmasına rəvac verə bilər.

Analoji hal Azərbaycan Dillər Universitetində və Azərbaycan Dövlət Pedaqoji Unversitetində də yaşanıb. Uzun növbə, böyük izdaham tələbələrin dərsə yubanmasına gətirib çıxardıb.

Bütün ünversitetlərin girişində tələbələrin COVİD-19 pasportu yoxlanılaraq içəri buraxılıb. Bu münvalla hər gün tələbələrin bu cür yoxlanması üniversitetlərin özlərinə də problemlər yarada bilər. Ona görə də universitetlər COVİD-19 pasportunun yoxlanmasını başqa formada da təşkil edə bilər. Məsələn, bir üsulu biz təklif edirik. Bu iş dekanatlığa həavli edilir, dekanatlıq isə qruplar üzrə COVİD-19 pasportu olmayan tələbələri müəyyənləşdirərək universitetdən kənarlaşdırır. Tələbə yalnız COVİD-19 pasportu təqdim etməklə təhsilini davam etdirməyə başlayır. Bununla yanaşı, unversitet tələbələrin COVİD-19 pasportu bankını yaradır, hər bir tələbənin pasportu həmin banka daxil edilir. Orada həm də COVİD-19 pasportu olmayan tələbələr qeydə alınır və tezliklə onların da pasportlara malik olmaları tələb edilir. Beləliklə, bir neçə gün ərzində məsələ həllini tapa bilər.

Akif Nəsirli

0.028903007507324