Erməni deputat: “Paşinyan biabırçı məğlubiyyətin ilk günahkarıdır”

Erməni deputat: “Paşinyan biabırçı məğlubiyyətin ilk günahkarıdır”
 

Paralel.az xəbər verir ki, “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan İkinci Qarabağ müharibəsi, onun nəticələri və mövcud reallıqla bağlı təhlükəsizlik məsələlərindən danışıb. O, hərbi əməliyyatların gedişi, ordunun döyüş qabiliyyəti və müharibə dövründə hökumətin siyasəti ilə bağlı açıqlama verib. Deputatın sözlərinə görə, Paşinyan biabırçı məğlubiyyətin ilk günahkarıdır. Abramyana görə, güc sistemi əslində, müharibə rejiminə uyğun işləməyib və düzgün səfərbərlik aparılmayıb: “Müharibədən əvvəlki vəziyyətə gəlincə, Azərbaycan döyüş üçün Ermənistanın çökdüyünü və sıradan çıxdığını gördüyünə görə, əlverişli vəziyyətdən istifadə edərək hücuma keçib”.

Nigar

0.031649827957153