Erməni hərbi ekspert ermənilərin fərariliyindən yazdı

Erməni hərbi ekspert ermənilərin fərariliyindən yazdı
 

Tevos Arşakyan: "İndi başa düşürəm ki, Baqdasaryan düz deyirmiş. Bundan sonra bu qorxaqlar revanş arzusundadırlar?! Bu, sadəcə gülüncdür”

Hələ birinci Qarabağ müharibəsindən sonra ermənilər tərəfindən döyüşən rus zabitləri ermənilarin fərariliyindən dastanlar danışırdı. Ruslar danışmasa da Azərbaycan əsgərləri canlı olaraq görürdü ki, onlara qarşı döyüşən yeni yaradılmış Ermənistan ordusu deyil, o zamanın müasir silahları ilə silahlanmış, Rusiyaya məxsus nizami ordu idi. Məhz 90-cı illərdə Azərbaycan torpaqlarını Ermənistan deyil, Rusiya işğal edərək ermənilərə təslim etmişdi, bu heç kimə sir deyil. Xocalı qatili olan 366-cı moto-atıcı alay məhz bu ləkəni Rusiyanın üzündən silmək üçün ləğv edildi.

Ermənilər isə vaxt tapandan qürurla deyirdilər ki, biz Azərbaycanı müharibədə məğlub etmişik. Əslində isə ermənilərin neçə "döyüşkən xalq" olduğu 44 günlük Vətən Müharibəsində bir daha öz təsdiqini tapdı. 44 gün ərzində ermənilər yalnız arteleryadan atəş açaraq qaçmaqla məşğul oldu. Ermənistan bu məğlubiyyət ləkəsini öz sifətindən silmək üçün deyir ki, Azərbaycan "Artsax"a qarşı müharibə aparıb. Elə isə İravanda ucu-bucağı görünbəyən Erablur hərbi qəbristanlığında bastırılmış əsgərlər harada həlak olub? Ermənistan Ordusunun hərbi texnikasının 80 faizi hansı səbəbdən darmadağın edilib? Ən nəhayət, əgər biz "Artsax"la müharibə aparırdıqsa, 10 noyabır - üçtərəfli bəyapnatını nəyə görə Ermənistanın dövlət başçısı imzaladı? Bu və buna bənzər ritorik suallardan aydın olur ki, Ermənistan öz biabırçı məğlubiyyətini "Artsax"ın kölgəsində gizlətmək istəyir, amma bu da alınmır.

44 günlük müharibədəki erməni biabırçılığının təfərrüatları artıq açıqlanmaqdadır. Söz azadlığına hörmətlə yanaşan və reallığı deməkdən çəkinməyən ermənilər müharibə dövründa baş verən kütləvi fərarilik hallarını çəkinmədən dilə gətirir, erməni xalqının kim olduğunu deməkdən çəkinmir.

Məsələn, erməni hərbi analitiki Tevos Arşakyan öz Feyzbuk səhfəsində yazır: "Mən uzun müddət müharibəni yaxından izləyən erməni bloger Roman Baqdasaryana inanmırdım. O deyirdi ki, "artsaxlı” kişilər müharibə zamanı qaçıb gizlənməklə məşğul idilər. Onlar, hətta, yaralıları daşımaq üçün avtomobillərindən istifadə etməyə belə icazə vermirdilər. Əsgərlərimiz öküz kimi güclü, sağlam erməni cavanlarını evlərinin zirzəmisindən tapırdılar. Bu sadəcə biabırçılıqdır. Biz bu məğlubiyyətə layiqik. Artıq göz yaşı axıtmaq lazım deyil. Yüzlərlə müharibə iştirakçısı ilə söhbət etmişəm. İndi başa düşürəm ki, Baqdasaryan düz deyirmiş. Bundan sonra bu qorxaqlar revanş arzusundadırlar?! Bu, sadəcə gülüncdür”.

Rusiüanın Ermənistandakı beşinci kalonunun təbliğat maşını son otuz il ərzində erməni xalqını güclü və döyüşkən xalq olduğuna və azərbaycanlıarın onlara qatı düşmən olduğuna elə inandırıb ki, bu cür biabırçı məğlubiyyət belə onların bir qismini yuxudan ayılda bilmir. Lakin son parlament seçkilərinin nəticələri - erməni xalqının Koçaryan-Sarkesyan cütlüyünə deyil, məğlub ali baş komandan Nikol Paşinyana səs verməsi onu göstərir ki, xalqın əksəriyyəti bu otuz ildə aldadıldığını başa düşüb. Elə erməni blogerlərinin də reallıqları qələmə alması, acı həqiqəti söyləməsi bundan xəbər verir. Ziyanlığın yarısından qayıtmaq da xeyirdi, deyir atalar. Təki zavallı qonşularımız tutduqları irtica yolundan dönüb, normal qonşuluq siyasətinə qədəm qoysunlar.

Akif Nəsirli

Paralel.az

0.02556300163269