Su axır, çuxurunu tapmır
Bu payız başlayan yağmurlu hava paytaxtın kommunikasiya sisteminin yararsızlığını növbəti dəfə üzə çıxardı. Hələ qarşıda bizi yağıntılı ayların gözlədiyini nəzərə alsaq, o zaman, yağışla birlikdə “axıb getmək” gərəkdir bizə qeyri-adi gəlməsin.
Suyun yumağa döndərdiyi adamların vəziyyətinə baxdıqca onların halına acımaqla bərabər, yağış suyunu təyinatı üzrə axıtmayanlara da haqlı qəzəb yaranır. Çünki bu acınacaqlı, hətta dözülməz vəziyyət hər il təkrar olunur. Lakin problemi həll edən yoxdur. Problem də küçələrdə yağış suyunun axıb getməsi üçün müvafiq, drenaj sisteminin olmamasıdır. Bu mənada, hər payız-qış mövsümü paytaxt əhalisinin evindən işə və əksinə istiqamətə, yaxud istənilən yerə getməsi cəhənnəm əzabına çevrilir. Bu əzabı onlara yaşadanların ənənəvi qışa hazrlıq səviyyəsizliyindən dolayı, onların hazırda
yaşadığımız yağmurlu payız havasından, küçələrdəki seldən nəticə çıxarması tələb edilir. Çünki küçə və prospektlərdən davamlı olaraq su axır, amma çuxurunu tapmır. Atalardan müxtəlif məqamlara uyğun gətirilən sitatı isə indilikdə birbaşa işlətməyə məcburuq - “su axar, çuxurunu tapar” axı.
Nigar