Məktəbli necə qidalanmalıdır?
Azərbaycanda azyaşlı məktəblilərin qidalanması bügünün tələblərinə əsasən həyata keçirilir. Uzun müddətdir davam edən koronavirusla bağlı karantin rejiminin tələblərinə uyğun olaraq, orta məktəblərdə bufet və yeməkxanaların fəaliyyətinə məhdudiyyət qoyulub. Bir sıra məktəblərin bufet-yeməkxanalarında əvvəllər soyuq və hətta isti yeməklər, çay-kofe satılırdısa, hazırda bu məsələ gündəmdə deyil. Bu mənada, şagirdlərin, əsasən də azyaşlıların məktəbdə necə qidalanması məsələsi gündəmə gəlib. Pediatrların məsləhətinə əməl etsək, valideynlər övladlarının çantalarına əvvəlki kimi şirniyyat məhsulları, qazlı-şirin içkilər deyil, meyvə dilimləri, banan, qoz-fındıq, termosda ilıq su qoya bilərlər. Bu, hər uşağın ağız dadından və sağlamlıq vəziyyətindən asılıdır. Əsas olan övladlarının təhsil
göstəricisidirsə, sağlamlıq ondan da əvvəlki sırada gəlir. Bu baxımdan, valideynlər övladlarının çantasına onun orqanizminə uyğun, zərərsiz və təbii, kimyəvi əlavə-qatqısız qida məhsulu qoymağı yaddan çıxarmamalıdır.
Nigar