Ermənilər yenə təxribata əl atdı

Ermənilər yenə təxribata əl atdı
 

Paralel.az xəbər verir ki, Yunanıstanda yaşayan erməni icmasının bir qrup üzvüləri Azərbaycanın Afinadakı səfirliyi qarşısına toplaşaraq, səfirliyin hasarına Ermənistanın bayrağını sançmaqla etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Azərbaycan səfirliyinin əməkdaşlarından biri erməni bayrağını taxta parçası ilə vuraraq, səfirliyin yanından keçən afinalıların ayaqları altına salıb.

Daha sonra əraziyə yunan polisi yaxınlaşaraq təxribatçı erməniləri ərazidən uzaqlaşdırıb. Amma məlum olmayıb ki, ermənilər nəyə etiraz etmək istəyirmiş və tələbləri nə olub.

Qeyd edək ki, son zamanlar Avropa ölkələrində yaşayan ermənilərin Azərbaycan səfirliklərinə və diasporalarına qarşı belə təxribatlarının sayı xeyli artıb. Görünür mənfur qonşularımızın əlindən belə təxribatlardan başqa heç nə gəlmir.

Akif Nəsirli

0.020328998565674