Azərbaycanda plastik kartlar nə üçün passiv rejimdə çalışır?

Azərbaycanda plastik kartlar nə üçün passiv rejimdə çalışır?
 

Ölkəmizdə 8 milyon plastik kartdan yalnız 1 milyonu aktiv ödənişlər edir

Bütün dünyada nəqdsiz ödənişlərin gündən-günə artdığı dövrdə Azərbaycanda bu sahədə son illər heç bir irəliləyiş nəzərə çarpmır. Ölkə üzrə həyata keçirilən ödənişlərin cəmi 12 faizə qədəri nəqdisiz ödənişlərin payına düşür. MDB ölkələrinin əksəriyyətində bu göstərici 20, Avropa ölkələrində isə 80 faizdən çoxdkr.

Reklamlardan seyr edirik ki, plastik kartların istifadəsini artırmaq üçün bəzi xarici banklar tez-tez kampaniyalar vasitəsilə kartları pulsuz edir və ya qiymətini endirirlər. Bu kartlardan Mastercard və VİSA kartları ilə dünyanın istənilən yerində ödəniş etmək mümkündür.

Azərbaycanda da son illər market və apteklərdə eləcə də digər yerlərdə post-terminallar quraşdırılıb. Amma buna baxmayaraq, plastik kartla ödəniş edən şəxslərin sayı çox azdır. Bəs bizdə bu yeni sistemə niyə maraq göstərmirlər?

Mərkəzi Bankın məlumatına əsasən Azərbaycan vətəndaşlarında 8 milyona yaxın debit və kredit kartları var. Lakin cəmi 1 milyona yaxın kartdan aktiv istifadə edilir.

Əvvəla, onu qeyd edək ki, debit kartlarda vətəndaşlar öz vəsaitini saxlaya, kartda na qədər vəsait varsa, yalnız o qədər xərcləyə bilir. Kredit kartlarda isə vətəndaşın vəsaiti olmadıqda bank müştərisi üçün kredit tranşı açır, yəni kart sahibi kartda vəsait olmadıqda belə ödəniş edə bilir.

O ki, qaldı kartlardan passiv istifadəyə, birincisi, Azərbaycanda hələ bu ənənə otruşmayıb, vətəndaşların kartlarla işləmək qabiliyyəti aşağı səviyyədədir. İkincisi, vətəndaşlarımızın kartlara etibarı aşağı səviyyədədir və bu əsassız deyil. Bir çox hallarda vətəndaşlar kartlardan pul çəkərkən, köçürmə və ödənişlər edərkən pul itkiləri baş verir.

Bütün bunlarla yanaşı, banklarımız kartları baha qiymətə satır, kart qiymətləri 10 manatdan başlayır. Əslində isə dünyanın inkişaf etmiş ölkələrində, hətta, Rusiya və Qazaxıstanda debit kartlar vətən6daşa pulsuz verilir. Kredit kartlar isə ucuz qiymətə verilir. Bu gün Azərbaycan vətəndaşı 10 manat verib plastik kart almaqda bir uduş görmür. Çünki Azərbaycanda plastik kartlarla ödənişlərə gücəşt ya yoxdur, ya da cüzi məbləğlərlə ifadə edilir.

Bütün sadalananlara yekun vuraraq demək olar ki, bu gün ölkəmizdə bank-maliyyə sisteminin özü makroiqtisadi səviyyədə nəqdsiz ödənişlərin stimullaşdırılmasında maraqlı deyil. Bu isə onunla əlaqədardır ki, "kölgə iqtisadiyyatı" ölkə iqtisadiyyatının xeyli hissəsini əhatə edir. Nəqdsiz ödənişlərin genişlənməsi isə "kölgə iqtisadiyyatı"nı kiçildən bir vasitəsi kimi çıxış edir. Lakin ölkədə "kölgə iqtisadiyyatı"ının kiçildilməsi və ya aradan qaldırılması istiqamətində siyasi iradə ortada deyil.

Akif Nəsirli

0.040013074874878