Şəhid atası icra başçısından şikayət etdi

 

 

Şəhid atası icra başçısından şikayət etdi  
 

Beyləqan rayonu Əlinəzərli kənd sakini, şəhid İsmayılov Elvinin atası Tələt İsmayılov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin şəhid ailələrinə göstərdiyi etinadsızlıqdan əməkdaşımıza şikayət edib.

Şəhid atası Vətən müharibəsinin başlamasından bir il ötməsinə baxmayaraq, Orta Əlinəzərli kəndində 6 nəfər şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün icra başçısından kömək istəsələr də, indiyədək heç bir addım atılmadığını deyib.

Şəhid atası Tələt İsmayılov qeyd edib ki, Beyləqan rayonunun icra başçısı Asif Ağayevin şəhidlərə qarşı etdiyi bu yanlış hərəkəti ölkə prezidenti cənab Ali Baş Komandanın yaşayış yerlərində şəhidlərin xatirəsini əbədiləşdirmək barədə rayon icra hakimiyyətinə verdiyi tapşırığa məsuliyyətsiz münasibətdən başqa ad vermək çətindir.

 

Şahnaz Salehqızı, Paralel.az

0.032824039459229