Ərdoğandan çağırış: “Vicdanınızla qərarlarınız arasında heç bir gücün girməsinə icazə verməyin”

Ərdoğandan çağırış: “Vicdanınızla qərarlarınız arasında heç bir gücün girməsinə icazə verməyin”
 

Paralel.az xəbər verir ki, Prezident Təcəb Tayyib Ərdoğan ədaləti təmin etməyin ölçüsünün vicdan olduğunu söyləyib. Ədliyyəyə olan inamı vurğulayan Ərdoğan, “Ədalətə güvənin zədələndiyi bir cəmiyyətdə siyasi hərəkətlər yarımçıq qalmağa məhkumdur. Ədalətin gecikməməsi ədalət tərəzisinin düzgün ölçülməsi qədər vacibdir” deyib: “Ədalətin təzahürü üçün sağlam bir iş mühitinin əhəmiyyəti danılmazdır. Ədalətin yalnız müasir binalarla qurulmayacağı da doğrudur. Əsas şərt daxili normaları özündə birləşdirən güclü, qərəzsiz, müstəqil bir hüquq sisteminin olmasıdır. Biz türk ədalətini təqib edən zehniyyətə qarşı amansız mübarizə apardıq. 2002-ci ildən bəri, ölkəmizə ədalət gətirmək və insan hüquqları standartlarını yüksəltmək üçün islahatlar apardıq. Ədaləti təmin etməyin ölçüsü, sosial mediada yayılan kütlələrin münasibəti deyil, vicdanıdır. Vicdanınızla qərarlarınız arasında heç bir gücün girməsinə icazə verməyin”.

Nigar

0.086104154586792