Yağış yağdı, Bakı kəndləri zülmətə qərq oldu

Yağış yağdı, Bakı kəndləri zülmətə qərq oldu
 
Kommunal xidmət qurumları qışa hazır deyillər
 
Paralel.az öəbər verir ki, şənbə günü gecə saatlarından başlayıb, səhərə qədər davam edən intensiv yağış sübut etdi ki,Bakının kommunal xidmət strukturları qışa hazır deyillər. Ələlxüsus da «Azərişıq» görünür keçən ildən qalan nöqsanların aradan qaldırması istiqamətində heç bir iş görməyib. «Azərişıq» bir daha sübut etdi ki, bu sahədə hansısa yeniliklərin tətbiqində maraqlı deyil. Əsas məsələ qiymət qaldırıb pul talamaqdır. Məhz bu səbəbdən də, bir balaca yağış yağdı, külək əsdi insanlar işıqdan məhrum olurlar. Şənbə günü də yağış, külək başlayan kimi , Bakı kəndləri zülmətə qərq oldular. İşıqlar isə ancaq ertəsi gün saat 10 radələrində yandı. İnternet əsrində 7-8 saat işıqsız qalmağın nə demək olduğunu hər kəs anlasa belə, «Azərişıq» rəsmiləri, deyəsən bunu anlamaqda çətinlik çəkirlər. Bu qüsurları aradan qaldırmaq üçün isə çox az zaman qalıb. Məndən demək.
 
Y. Seyid
0.017971038818359