Taliban əleyhdarları Əfqanıstanın Brüsseldəki səfirliyini zəbt ediblər

Taliban əleyhdarları Əfqanıstanın Brüsseldəki səfirliyini zəbt ediblər
 

Etirazçılar Belçikadan Əfqanıstandakı Taliban hökumətini tanımamağı tələb etdi

Paralel.az xəbər verir ki, Belçikanın "LeSoir" qəzetinin yazdığına görə, dörd əfqan - üç kişi və bir qadın olmaqla - Əfqanıstanın Brüsseldəki səfirliyini iki saat ərzində tutdu və Belçika hakimiyyətindən Taliban hökumətini tanımamasını tələb etdi.

Etirazçılar Twitter-də hərəkətin dinc olduğunu və "Taliban rejiminin Əfqanıstanın qanuni nümayəndəsi olaraq tanınmamasının əhəmiyyətinə diqqət çəkmək" məqsədli bir video mesajı yerləşdirdilər. "Əfqanıstanda qanuni bir hökumətimiz olmayana qədər, Taliban keçid hökumətini tanımırıq", - etirazçılar bildiriblər.

Əfqanlar səhər saat 04:30-da səfirliyin ərazisinə soxulub və 06:30-da polislər tərəfindən oradan çıxarılıblar.

Bundan əvvəl də Belçikanın paytaxtında əfqanların Taliban əleyhinə nümayişləri keçirildi.

Bu yaxınlarda AB ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı Taliban hakimiyyətini tanımağa tələsməmək barədə razılığa gəlindi. Lakin Taliban onlarla məhdud əməliyyat əməkdaşlığına hazır olduqlarını bildirdilər. Ona görə də AB Talibanla münasibətlərin müzakirəsini davam etdirir. Mühacir əfqanları qıcıqlandıran məhz bu məsələdir.

Öz növbəsində BMT sanksiyaları altında olan Əfqanıstanın xarici işlər naziri Amir Xan Mutaki nazirliyi və xaricdəki səfirliklərini işlərini davam etdirməyə çağırdı.

Akif Nəsirli

0.028178930282593