Raket "Proton-M" Baykonura çatdırıldı

Raket
 

Rusiya kosmosa daha inovativ peyklər qaldırır

Paralel.az INTERFAX.RU-ya istinadən bildirir ki, "Proton-M" raketini daşıyan qatar Baykonur kosmodromuna çatdı.

"Roskosmos" dövlət şirkətinin məlumatında deyilir ki, bu gün, 27 sentyabr 2021-ci il tarixində, Xrunichev adına Dövlət Kosmik Tədqiqat və İstehsalat Mərkəzindən göndərilən "Proton-M" kosmik raketi Tyuratam dəmiryol stansiyasına catdırılıb.

Qeyd edək ki, Turatam Rusiyanın Qazaxıstandakı Baykonur kosmodromunun əsas dəmir yolu stansiyasıdır.

İndi mütəxəssislər eşelonun "Qazaxıstan Dəmir Yolları" QK-dan "Yujnı" kosmik mərkəzinə köçürülməsi üçün yoxlayır. Bundan sonra raket kosmodromun 92 saylı sahəsinə çatdırılacaq.

Fevral ayında dövlət satınalma portalında yer alan materiallarda deyilirdi ki, "Proton-M" iki rabitə və yayım peykinin - Express-AMU3 və Express-AMU7-nin buraxılması üçün 1 dekabr 2021-ci ilədək Baykonur kosmodromuna təhvil verilməsi planlaşdırılır.

Moskva yeni peykləri 1 dekabır 2021-ci ildə kosmosa qaldırmağı planlaşdırılır. Yeni peyklər Rusiyanın kosmik imkanlarının genişləndirilməsi planına uyğun olaraq yaradılıb

Akif Nəsirli

0.018450021743774